Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu mövzu ötən gün sosial mediada geniş müzakirə edilib və edilməyə də davam edir.
Belə ki, Trampın rəsmi “Facebook” hesabından “Cənubi Afrikaya əlavə hərbi qüvvələr göndərəcəm və onlar oradakı ölüm hallarını dayandırana və problemi həll edənə kimi qalacaqlar”, - deyə edilən bir paylaşımın ekran görüntüsü yayımlanıb.
Məsələ ilə bağlı ABŞ Prezident Administrasiyasından verilən bəyanatda qeyd olunub ki, Donald Tramp bu barədə hər hansısa bir qərar verməyib və özünün rəsmi “Facebook” hesabından da belə bir paylaşım etməyib.
Qeyd edək ki, daha sonra yayılan bu fotonun saxta olduğu sübut edilib.
Dəyanət Ağalarlı
Ordu.az