Qalmaqallı müsahibədən məkhəməyə: "Xaçaturov torpaqları Azərbaycana satıb"

2018/08/4565_1535113929.jpg
Oxunub: 3332     20:27     24 Avqust 2018    
KTMT-nin baş katibi Yuri Xaçaturov vəkili Qriqor Bekmezyanın vasitəsilə Qloballaşdırma və bölgə əməkdaşlıq təhlil mərkəzinin sədri Stepan Qriqoryana qarşı şərəf və ləyaqətini, işgüzar nüfuzunu qorumaq məqsədilə mülki iddia qaldırıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, məhkəməyə Stepan Qriqoryanın 30 iyul 2018-ci il tarixli Ա1+ kanalına verdiyi müsahibə sübut kimi təqdim edilib. Həmin müsahibədə Qriqoryan Xaçaturovu dövlətə xəyanətdə ittiham edib.

Xatırladaq ki, Qriqoryan verdiyi müsahibədə 2016-cı ilin aprel döyüşləri haqqında danışaraq bəzi generalların öz xidməti yerində olmadığını, qısa vaxtda xidmət yerlərinə gəlmədiklərini, aprel döyüşlərində bəzi ərazilərin Yuri Xaçaturov da daxil olmaqla, generallar tərəfindən satıldığını qeyd edib.

Faktiki olaraq, Qriqoryan Ermənistan ordusunun ali generallarını dövlətə xəyanətdə ittiham edib. İddia qaldıran tərəf Qriqoryandan tələb edir ki, Yuri Xaçaturov da daxil olmaqla, ordu rəhbərliyi barədə dediyi yalanları təkzib edən Ա1+ kanalına yeni müsahibə versin və video görüntünü öz "Facebook" səhifəsində yerləşdirsin. Həmçinin vurduğu mənəvi ziyana görə 2 milyon erməni dramı təzminat da tələb olunur.

Maddi ödəniş olmadan gələcəkdə belə ittihamların qarşısının almağın mümkünsüzlüyü vurğulanır. Vəkil Bekmezyan bildirib ki, məhkəmənin qərarı olduqdan sonra həmin vəsait hərbi qulluqçuların sığorta fonduna köçürüləcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Aprel-döyüşləri   Xaçaturov  


Bizi "telegram"da izləyin