Ermənistan müdafiə nazirliyinin hərbi polis əməkdaşlarının əldə etdiyi məlumata əsasən, hərbi hissənin "X" döyüş mövqeyində (postunda) yemək fərqli üsulla bişirilsə də, 2017-ci ilin iyun ayından indiyədək yemək hazırlığı üçün yanacaq anbarından "X" miqdarda hər gün dizel yanacağı silinərək çıxarılıb.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan öz "Facebook" səhifəsində məlumat yayıb.
Qeyd olunan müddət ərzində saxta sənədlərlə 1640 litr yanacaq silinərək çıxarılıb.
Fakt üzrə cinayət materialları hərbi polis tərəfindən toplanılır.
Alpər Mövludoğlu
Ordu.az
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan-ordusu
Yanacaq
Oğurluq