102-ci hərbi bazanın rabitəçiləri təlimlərə başlayıb

2018/08/944834_1535108550.jpg
Oxunub: 3001     18:58     24 Avqust 2018    
Ermənistanda dislokasiya olunan Rusiyaya məxsus 102-ci hərbi bazanın rabitə bölmələrinin hərbi qulluqçuları 20 avqust tarixindən 15 sentyabr tarixinədək olan müddət ərzində, ikitərəfli taktiki təlimlər çərçivəsində 5-ci və 6-cı nəsil vasitələrdən itifadə etməklə bağlı rabitə kanallarında radiəlaqə təşkil ediblər.

Ordu.az xəbər verir ki, Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən yayılan məlumata görə, taktiki təlimlər çərçivəsində bölmələr müasir rabitə vasitələri ilə təlim döyüş tapşırıqları yerinə yetirirlər.

İdarəetməni təşkil etmək məqsədilə hərbi qulluqçular müasir texniki vasitələrdən və rabitə komplekslərindən, o cümlədən "Redut-2US" rəqəmsal rabitə vasitəsi, R-145BM1 müasirləşdirilmiş komanda qəraragah avtomobilindən və R-419MP rabitə vasitəsindən istifadə edirlər.

Taktiki təlimlərə 500-dən çox hərbi qulluqçu və 100-dək xüsusi təynatlı hərbi texnika cəlb edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: 102-baza   Rabitə   Təlim  


Bizi "telegram"da izləyin