Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri Gürcüstanda rəsmi səfərdə olan Almaniya kansleri Angela Merkel səsləndirib.
O qeyd edib ki, Rusiya hazırda qlobal miqyasda kifayət qədər əhəmiyyətli rola sahibdir və Berlin Moskvayla münasibətlərinin qorunmasına önəm verir.
“Avropa Rusiyanın sahib olduğu vacib roldan xəbərdardır. Biz heç vaxt Rusiyaya düşmən münasibətdə olmamışıq. Avropa İttifaqı və NATO Rusiyanın düşmənləri deyil. Bunun üçün kifayət qədər ciddi tarixi faktlar da görə bilərsiniz. Avropa və Rusiya qarşılıqlı yüksək səviyyəli əməkdaşlıq qabiliyyətlərini kifayət qədər nümayiş etdirib”, - deyə kansler qeyd edib.
Dəyanət Ağalarlı
Ordu.az