Ordu.az xəbər verir ki, Ermənistan müdafiə nazirliyinin hərbi polisindən verilən məlumata görə, mayor Xaçatryanla aparılan izahedici iş nəticəsində o, əməllərini etiraf edib.
Onun verdiyi izahata görə, Ermənistan müdafiə nazirliyinin "N" saylı hərbi hissəsinin 1 nömrəli mərkəzində xidmətə göndərilməsi məqsədilə 2017-ci ilin iyul-avqust aylarında erməni vətəndaş, 1992-ci il təvəllüdlü S. Sarkisyandan pul tələb edərək, ondan 2500 ABŞ dolları həcmində pul alıb. Lakin Sarkisyan xidmət yerinin təşkil edilməsini həyata keçirməyib və bu ilin avqust ayının əvvəlində ona 200 min dram qaytarıb.
Fakt üzrə hərbi polis materiallar toplayır, araşdırma aparılır.
Alpər Mövludoğlu
Ordu.az