Ermənistan ordusunda hərbçilərin maaşları azaldılıb

2018/08/567567_1530268688_1535097863.jpg
Oxunub: 4435     16:02     24 Avqust 2018    
Ermənistan ordusunda vəsait çatışmazlığından zabitlərin məvacibləri azaldılıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyan hakimiyyəti başlarına bəla olan dövlət müəssisələrinin maliyyələşdirilməsini yalnız ixtisarlar yolu ilə deyil, həm də dövlət qulluqçularının aylıq məvaciblərinin azaldılması ilə həll etməyə qərara alıb.

Məlumata görə, ixtisarlar 40%-i əhatə edə bilər və bu proses digər müəssisələri də əhatə edərsə, Ermənistanda etirazlar başlaya bilər.

Qeyd edək ki, Ermənistan ordusunun zabitlərinin aylıq məvaciblərinin həcmi də dövlət qulluqçuları dərəcəsinə qədər azaldılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Maaş  


Bizi "telegram"da izləyin