"Zvartnots" hava limanında çoxlu sayda silah-sursat aşkar edilib

2018/08/56456546_1535096978.jpg
Oxunub: 2561     15:48     24 Avqust 2018    
"Zvartnots" hava limanında Ermənistana göndərilən yük içərisində çox sayda silah və döyüş sursatı aşkar edilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan hökuməti yanında təhlükəsizlik xidmətinin istintaq idarəsi tərəfindən cinayət məcəlləsinin müvafiq maddəsinin tələblərinə uyğun cinayət işi başladılıb.

Məlumata görə, cinayət işi 26 iyul tarixində "Zvartnots" beynəlxalq hava limanında aşkar edilmiş geniş miqyaslı silah və döyüş sursatı faktı üzrə başlanıb.

Belə ki, Ermənistan Dövlət Gəlirləri Komitəsinin Qaçaqmalçılığa Qarşı Mübarizə İdarəsində naməlum şəxs tərəfindən İrəvan şəhərinin Acapnyak rayon sakinlərinin Aram və Armen Hovhannisyanların ünvanına poçt göndərişlərinin göndərilməsi aşkar olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Silah-sursat  


Bizi "telegram"da izləyin