Ermənistan DGK əməkdaşları turizm agentliyinə silahlı basqın ediblər - ETİRAZ

2018/08/456456_1535091329.jpg
Oxunub: 2938     14:29     24 Avqust 2018    
Ermənistan Dövlət Gəlirləri Komitəsinin əməkdaşları silah-sursatla turizm agentliyinə basqın ediblər.

Ordu.az xəbər verir ki, Ermənistanda fəaliyyət göstərən “Maratuk” turist şirkətinin direktoru Zorik Vardanyan erməni mətbuatına bildirib ki, Ermənistan Dövlət Gəlirləri Komitəsinin əməkdaşları silah-sursatla təchizatlanmış şəkildə rəhbərlik etdiyi turist agentliyinə basqın ediblər.

Onlar heç bir izahat vermədən axtarışlara başlayıblar. Həmin anda şirkətdə olan beş-altı müştəri qorxudan şirkəti tərk ediblər. Şirkət rəhbəri bunun nə biabırçılıq olduğunu, baş nazirə olan etimadın tamamilə əksinə rast gəldiklərini, biznesin inkişafına yardım edəcəyini düşündüyümüz halda, əlində ağac xalqın canına düşdüyünün şahidi olduqlarını qeyd edib.

O, şirkətinə vurulan mənəvi zərbə, işgüzar nüfuzuna xələl gəldiyini, 30 illik əməyinin boşa çıxdığını ifadə edib. İş sahəsini genişləndirməyi düşündüyü halda, hazırda Ermənistanı tərk etməli olduğunu nəzərdən keçirdiyini qeyd edib. Dövlət gəlirləri komitəsinin əməkdaşları çox kobud və nəzakətsiz davranışları ilə diqqət çəkib. Küçə sözləri, ifadələri ilə şirkətdə olanları təhqir ediblər. İlk öncə sanki oğru aləminin nümayəndələrinin basqın etdikləri düşünülsə də, amma məlum olub ki, onlar dövlət qurumunun əməkdaşlarıdır. Onlar sadəcə sənədlərə baxmaq, axtarış aparmaq əvəzinə, sanki cinayətkarı zərərsizləşdirirlər kimi davranıblar.

Şirkət sahibi bu barədə mətbuat konfransı keçirəcəyini və dəlillər təqdim edəcəyini bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Silahlı-basqın  


Bizi "telegram"da izləyin