Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, aprel döyüşləri zamanı ayağını itirən Arman Avetisyan iyun ayından etibarən hərbi əlilliyə görə 75 min (265 azn) dramdan məhrum edilib.
Arman sağlamlıq problemləri səbəbindən bir ildir ki, xeyriyyə proqramı çərçivəsində ABŞ-da yaşadığını və bəzi müalicə prosedurlarından sonra qayıtmaq istədiyini bildirib. O əlavə edib ki, xeyriyyə proqramı çərçivəsində müalicədən sonra da qanunla təqaüd almaqda davam etməlidir. Lakin tibbi müalicə proseslərinin uzanması səbəbindən Ermənistana qayıdaraq, tibbi komissiya müayinəsindən keçə bilməyib.
Ərazi sosial təminat idarəsinə sənədlərinin gecikmə ehtimalı barədə xəbərdar etdiyini, cavabında ona avqust ayınadək problem yaşanmayacağını bildiriblər.
Müvafiq orqana sənədlərini təqdim edən Armana bildiriblər ki, iyun ayınadək təqdim etməli olduğu sənədləri gecikdirib. Üstəlik ona deyiblər ki, təqaüd ala bilməyəcək və daha əlillik dərəcəsi yoxdur.
Alpər Mövludoğlu
Ordu.az