Belarusdan Azərbaycana silah ixracatı: 153 tank, 60 zirehli texnika və 11 qırıcı təyyarə

2018/08/345345_1535088855.jpg
Oxunub: 3572     13:31     24 Avqust 2018    
Belarus Azərbaycana ixrac etdiyi hərbi texnika haqqında məlumat yayıb.

Ordu.az Belarus KİV-lərinə istinadən xəbər verir ki, müstəqillik illərində Azərbaycanla Belarus yarım milyard dollar dəyərindən çox silah ticarəti həyata keçiriblər.

Belarus istehsalı “Polonez” reaktiv yaylım atəşi sistemlərinin əldə edilməsi əsas irəliləyiş hesab olunur.

Açıq mənbələrə görə, 2002-2012-ci illər ərzində Minsk Bakıya 153 ədəd T-72 tipli tank, 120 ədəd 122 millimetrlik D-30 topları, 12 ədəd 203 mm 2C7 “Pion” özüyeriyən artilleriya qurğusu, 60 ədəd təkərli zirehli texnika və 11 ədəd Su-25 hücumçu-bombardmançı təyyarəsi tədarük etdiyi məlum olub. Həmin zamanda bu məsələdə Bakı ən ödəniş qabiliyyətli və önəmli tərəfdaşa çevrilib.

Ancaq iki ölkə arasındakı hərbi ticarət yalnız Sovet istehsalı hərbi texnika ilə məhdudlaşmayıb. Belarus hərbi sənaye müəssisələri Azərbaycanın silahlanmasında olan S-125M “Peçora” və 9K33M3 “OSA-AKM” zenit raket komplekslərini fəal şəkildə modernizasiya edib. Azərbaycan ordusu üçün xüsusi olaraq “BUK-MB” zenit raket kompleksləri də modernizasiya edilib.

Qeyd edək ki, hazırda Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərlik etdiyi nümayəndə heyəti Belarusda rəsmi səfərdəddir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belarus-Azərbaycan   Hərbi-texnika   İxracat  


Bizi "telegram"da izləyin