Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub

2018/08/40d4dfd034747e11b29bc1e0b4481187_1535088074.jpg
Oxunub: 2185     02:04     24 Avqust 2018    
Avqustun 23-də Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovla Belarus Respublikası Dövlət Hərbi Sənaye Komitəsinin sədri cənab Roman Qolovçenko arasında görüş keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, tərəflər ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, xüsusilə hərbi-texniki sahələrdə əməkdaşlığın vəziyyətini müzakirə ediblər.

Daha sonra general-polkovnik N.Sadıkov Belarusun hərbi sənaye kompleksinə daxil olan müəssisəni ziyarət edərək oranın rəhbərliyi ilə görüşüb.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti bu ölkənin hərbi sənayesinin istehsal etdiyi döyüş texnikaları və hərbi təyinatlı digər vasitələrlə tanış olub, Ordumuzun silah arsenalını gücləndirə biləcək silah və hərbi texnika ilə maraqlanıb.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-Belarus   MN   BQR  


Bizi "telegram"da izləyin