Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, toplanmış materiallar İrəvan məhkəməsinə göndərilib.
Ermənistan vətəndaşı Karen Babaxanyan hərbi xidmət yaşı tamam olan və ya artıq hərbi xidmətdə olan şəxslərin xeyrinə hərbi xidmətdən azad edilmələri üçün müxtəlif yardımlarını təklif edərək onların valideynləri ilə tanış olaraq, özünü geniş əlaqələri olan şəxs kimi təqdim etməklə aldatma yolu ilə külli miqdarda vəsait mənimsəyib.
2016-2017-ci illər ərzində həmin valideynlərdən hissə-hissə külli miqdarda vəsait alaraq mənimsənilib. Ona qarşı cinayət məcəlləsinin bir neçə maddəsi üzrə cinayət işi açılıb.
Alpər Mövludoğlu
Ordu.az