Tonoyan "Rosoboroneksport"un baş direktoru ilə görüşüb

2018/08/456456-(2)_1534839202.jpg
Oxunub: 3878     16:12     21 Avqust 2018    
Bu gün Ermənistanın müdafiə naziri David Tonoyan "ARMIA - 2018" beynəlxalq hərbi-texniki sərgisi və “Milli təhlükəsizlik həftəsi” konfransı çərçivəsində "Rosoboroneksport" dövlət şirkətinin baş direktoru Aleksandr Mixeyevlə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan öz "Facebook" səhifəsində yazıb.

Görüş zamanı tərəflər Rusiya və Ermənistan arasında hərbi-texniki əməkdaşlığa dair bir sıra məsələləri müzakirə ediblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tonoyan   Rosoboroneksport   Silah-satışı  


Bizi "telegram"da izləyin