Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 10 gün bundan əvvəl Ermənistan mərkəzi bankının maliyyə nəzarəti idarəsinin rəisi Hrant Suvaryanın imzası ilə Ermənistan ərazisində fəaliyyət göstərən lombardlara maraqlı yazı göndərildiyi məlum olub.
Yazıda, hüquq mühafizə orqanlarına təqdim edilməsi məqsədilə 2 gün ərzində general-polkovnik Mikayel Harutyunyan, Ermənistanın sabiq prezidenti Robert Köçəryan və KTMT Baş katibi Yuri Xaçaturov tərəfindən həyata keçirilən bütün növ əməliyyatlar barədə məlumatlar verilməsi təklif edilib.
Təbii ki, buna bənzər yazıların özəl banklara, kredit və digər təşkilatlara da göndərildiyi bildirilir.
Alpər Mövludoğlu
Ordu.az