Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan polis qoşunlarının mətbuat xidməti yayıb.
Avqustun 18-də Valeri Osipyan polis qoşunları idarə heyəti və tabelikdə olan hərbi hissə komandirləri ilə müşavirə keçirib. Polis qoşunlarının ilk heyəti döyüş növbətçiliyinə cəlb olunmaq məqsədilə avqustun 23-də Tavuş vilayətinə yola düşəcək. Müşavirənin məqsədi hazırlıq prosesini yoxlamaq və müvafiq təlimatlar verməkdən ibarət olub.
Osipyan bildirib ki, xidmət şəraiti ilə tanış olmaq üçün ilk fürsətdə ön xətt mövqelərinə səfər edəcək.
Alpər Mövludoğlu
Ordu.az