Ermənistanda hərbi sənaye üzrə dövlət komitəsi MN-dən ayrılır

2018/08/5345_1534509538.jpg
Oxunub: 3695     20:33     17 Avqust 2018    
Ermənistanda hərbi sənaye üzrə dövlət komitəsi müdafiə nazirliyindən ayrılır.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan nəqliyyat, rabitə və informasiya texnologiyaları nazirinin birinci müavini Hakob Arşakyan bildirib.

Hazırda prosesin davam etməkdə olduğunu bildirən Arşakyan, hərbİ sənaye üzrə dövlət komitəsinin əlahiddə bir qurum olaraq fəaliyyət göstərəcəyini qeyd edib: "Bu qurumun ayrıca maliyyə mənbələrinin və xüsusi sərfiyyat strategiyasının olmasına imkan verəcək. Hələlik bu müdafiə strukturuna daxildir, maliyyələşdirilməsi ictimai əsaslarla həyata keçirilir. İndi olduğu kimi komitənin fəaliyyəti müdafiə və tədqiqat layihələrinin maliyyələşdirilməsinə, son məhsulun istehsalına yönəldiləcək. Söhbət daxili bazardan gedir".

Arşakyan, müstəqil fəaliyyətin komitənin yerli informasiya texnologiyaları şirkətləri ilə işləməsinə, yüksək texnologiyalı məhsullar da daxil olmaqla, müvafiq sifarişlərin qəbul edilməsinə imkan verəcəyinə ümidvar olduğunu bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Sənaye-komitəsi  


Bizi "telegram"da izləyin