Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, avtoqəza nəticəsində "Mercedes" markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq, 150 m məsafəyədək bir neçə dövrə vuraraq dərəyə yuvarlanıb.
Qəza nəticəsində hər iki sürücü və VAZ 21014 markalı avtomobilin sərnişinləri olan Rusiya vətəndaşları 52 yaşlı Tamara Hakobyan, 13 yaşlı Kristina Bayanduryan müxtəlif bədən xəsarətləri ilə Vanadzor xəstəxanasına təxliyyə ediliblər.
Məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin ordu korpuslarından birinin Hava Hücumundan Müdafiə xidmətinin rəisi olan "Mercedes" markalı avtomobilin sürücüsü 41 yaşlı Manvel Qulumçyan avtomobili idarə edərkən sərxoş olub.
Alpər Mövludoğlu
Ordu.az