Ermənistan MN-ə məxsus UAZ qəza törədib - Yaralılar var

2018/08/39306780_1172182429623530_2616144724083343360_n_1534427497.jpg
Oxunub: 4138     21:46     16 Avqust 2018    
Loru vilayətinin Vanadzor şəhərində Ermənistan müdafiə nazirlyinə aid UAZ markalı avtomobilin iştirakı ilə yol nəqliyyat qəzası baş verib.

Ordu.az xəbər shamshyan.com saytına istinadən xəbər verir ki, bu gün saat 15:40 radələrində "Zil" markalı avtomobillə Ermənistan müdafiə nazirlyinə aid UAZ (ՊՆ 2810 Տ) markalı avtomobil toqquşub.

Baş verən yol qəzası nəticəsində UAZ markalı avtomobil çevrilib, avtomobilin 2 sərnişini müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya təxliyyə edilib.

Hadisə yerindən verilən məlumata görə, xəstə hərbi qulluqçunu İrəvan hərbi hospitalına aparan UAZ markalı avtomobil müdafiə nazirliyinə məxsusdur. Qəzada yaralanan 2 nəfərdən biri İrəvandakı hospitala aparılan xəstə hərbi qulluqçu, digəri isə tibb bacısıdır.

Araşdırmaların aparılması məqsədilə hadisə yerinə hüquq mühafizə orqanı nümayəndələri və hərbi polis əməkdaşları cəlb edilib.






Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Qəza  


Bizi "telegram"da izləyin