Yeni Rus-Türk xətti: Azərbaycan KTMT üzrə vasitəçi ola bilərmi? - ANALİZ

2018/08/xezer-1_1534236284_1534426254.jpg
Oxunub: 1016     21:25     16 Avqust 2018    
Xəzər Konvensiyasının imzalanmasından sonra Rusiya mətbuatında Azərbaycanın KTMT-yə üzvlüyü və Rusiya-Azərbaycan dostluğunun möhkəmləndirilməsi barədə yazılar nəşr olunur.

Buna əsas arqument kimi, Xəzər dənizində hərbi nəzarətin yaradılması ilə yanaşı Azərbaycanın neft-qaz layihələrinə mane olunmaması göstərilir. Xatırladaq ki, Konvensiyada, Xəzər dənizi hövzəsi ölkələrinin silahlı qüvvələrdən başqa digər ölkələrin sialhı qüvvələrinin dənizə daxil olmasını əngəllənir. Ekspertlər qeyd edir ki, bu məsələ əsasən ABŞ və gələcək perspektivdə Çinlə bağlıdır.

Bununla yanaşı, Azərbaycan və Türkmənistan Türkiyə vasitəsilə Avropaya qaz nəql edə biləcək boru kəməri tikmək imkanına malik oldu.

Hazırda, Moskva və Bakıdakı mütəxəssislər Rusiya prezidenti Vladirmir Putin və Azərbaycan prezidenti İlham Əliyevin KTMT və AİƏT-nin genişləndirilməsi daxil olmaqla, daha sıx əməkdaşlıq barədə razılığa gəldiklərini istisna etmirlər. Analitiklər, bu ittifaqların nümunə olaraq, Qazaxıstan və Belarusun müstəqilliyini məhdudlaşdırmadığını, lakin onların Rusiya ilə bir ittifaqda birləşməsinə imkan verdiyini qeyd edirlər. Səsləndirilən fikirlər isə Ermənistanda böyük həyacanla qarşılanır. Erməni ekspertlərinin sözlərinə görə, artıq Azərbaycanın KTMT-yə qoşulması üçün mümkün bir təklif edilməsinə əsas hazırlanır.

Azərbaycanın ən yaxın müttəfiqi, Türkiyə ilə ABŞ arasında baş verən hadisələrə baxdıqda isə bu addımın yeni hərbi-siyasi üstünlüklər, imkanlar yaradacağını görərik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtonun haqsız addımlarından sonra yeni müttəfiqlər axtaracaqlarını bildirdi və dərhal Putinə zəng etdi. Türkiyə ŞƏT və BRİKS-ə qoşulmağı planlaşdırmaqla yanaşı, Rusiya və Azərbaycan xətti üzrə KTMT və AİƏT-lə də yaxınlaşa bilər. Belə bir nəticəyə gəlmək olar ki, istənilən halda hadisələrin bu cür inkişaf edəcəyi vəziyyətdə rus-türk xətti daha da genişlənəcək.

Bəs, Ermənistan hadisələrin bu cür inkişafına necə baxır? KTMT baş katibi Yuri Xaçaturovun həbsindən və azad edilməsindən sonra Rusiya proseslərə haqlı olaraq çox kəskin reaksiya verdi. Faktiki olaraq, Ermənistanın KTMT-də katibliyi kifayət qədər çətin və problemli olduğu qeyd edildi. Şübhə yoxdur ki, növbəti KTMT baş katibi Ermənistandan olmayacaq. Ermənistanın baş katibi "əvəz etməsi" ilə razılaşmasından asılı olmayaraq, onun ittifaqdakı mövqeyi eyni ola bilməz. Əgər, hazırda Azərbaycanın üzvlük məsələsi müzakirə edilirsə, Ermənistanın manevr imkanları çox da təsirli olmayacaq.

Rusiya isə şərtlərini diktə etməli olduğunu düşünür və hazırda indiki şərtlər ilk növbədə Türkiyə ilə razılaşdırılır. Məsələn, Sergey Lavrov iki gündür ki, Ankaradadır. O, Türkiyə səfirlərinin məsləhətləşmələrində iştirak edib. Bu çərçivədə Lavrovun, türkiyəli səfirlərə qondarma "soyqırım"ı tanımaq və ya Ermənistanla sərhədi açmaq üçün tövsiyə verdiyini düşünmək gülünc olardı.

Hazırda, Rusiya və Türkiyə regionda birgə ABŞ və digər ölkələri yaxın buraxmayacaqları bölüşdürmə xəttlərini çəkmək üçün çalışırlar. Məsələn, Rusiya baş naziri Dmitri Medvedev Gürcüstanın NATO-ya üzv olmasının fəlakətli nəticələrə səbəb ola biləcəyini ifadə etmişdi.

Faktiki olaraq, Gürcüstan və Ermənistan yeni rus-türk xəttindən kənar qalacaqlar. İndi forpost İrəvan istənilən halda çətin bir seçim etməlidir və seçimin qiyməti daxili mübahisələrdən daha çox yüksək ola bilər.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Azərbaycan   KTMT  

Yeni Rus-Türk xətti: Azərbaycan KTMT üzrə vasitəçi ola bilərmi? - ANALİZ

2018/08/xezer-1_1534236284_1534426254.jpg
Oxunub: 1017     21:25     16 Avqust 2018    