Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 2018-ci ilin 30 iyul tarixində polisin Nor-Nork şöbəsində qaldırılmış cinayət işi çərçivəsində aparılan araşdırmalar nəticəsində məlum olub ki, Ermənistan təhlükəsizlik xidmətinin sabiq əməkdaşı “A.A” istintaqa şəxsiyyəti hələlik məlum olmayan vəzifəli şəxs tərəfindən öz səlahiyyətləri çərçivəsində qanunsuz əməllərə yol verərək, 1999-cu il təvəllüdlü “A.Q” adlı çağırışçının hərbi xidmətdən azad edilməsi məqsədilə valideynlərindən 15 min ABŞ dolları həcmində rüşvət almasına yardım edib.
Bununla da çağırışçı qanuni əsas olmadan 2017-2018-ci il hərbi xidmətə çağırışdan möhlət hüququ əldə edib. Avqustun 13-də törətdiyi cinayət əməlinə görə Ermənistan təhlükəsizlik xidmətinin sabiq əməkdaşı “A.A” həbs edilib. 14-də isə törətdiyi cinayət əməlinə görə çağırışçının hərbi xidmətdən azad edilməsi məqsədilə rüşvət verən valideyni “Ş.Q” də həbs edilib.
İlkin araşdırma zamanı, həmçinin məlum olub ki, Ermənistan müdafiə nazirliyinin ərazi hərbi komissarlıq bölməsinin rəisi “S.A” 2000-ci il təvəllüdlü “E.H” adlı çağırışçının hərbi xidmətdən azad edilməsi məqsədilə valideynlərindən 19 min ABŞ dolları həcmində rüşvət alıb. Daha sonra hərbi komissarlıq bölməsinin rəisi, “E.H” adlı çağırışçını Ermənistan təhlükəsizlik xidmətinin sabiq əməkdaşı “A.A” ilə tanış edib.
Təhlükəsizlik xidmətinin sabiq əməkdaşı, istintaqa şəxsiyyəti hələlik məlum olmayan vəzifəli şəxs tərəfindən “E.H” adlı çağırışçının qanuni əsas olmadan hərbi xidmətə çağırışdan azad edilməsinə görə 800 ABŞ dolları həcmində rüşvət almasına yardım edib.
Nəticədə “E.H” adlı çağırışçı, “K.H” adlı atasının dəstəyi ilə qanuni əsas olmadan 2018-ci ilin hərbi xidmətə yay çağırışından möhlət hüququ əldə edib. Avqustun 14-də Ermənistan müdafiə nazirliyinin ərazi hərbi komissarlıq bölməsinin rəisi “S.A” həbs edilib. “E.H” adlı çağırışçının hərbi xidmətdən azad edilməsi məqsədilə rüşvət verən valideyni “K.H” isə yaşayış yerini tərk etməmə iltizamı qarşılığında azad edilib.
Bundan başqa Ermənistan təhlükəsizlik xidmətinin sabiq əməkdaşı “A.A” istintaqa şəxsiyyəti hələlik məlum olmayan vəzifəli şəxs tərəfindən öz səlahiyyətləri çərçivəsində qanunsuz əməllərə yol verərək, 2000-ci il təvəllüdlü “H.M” adlı çağırışçının hərbi xidmətdən azad edilməsi məqsədilə valideynlərindən 2 min ABŞ dolları həcmində rüşvət almasına yardım edib. Bununla da “H.M” adlı çağırışçı qanuni əsas olmadan 2018-ci ilin hərbi xidmətinə yay çağırışından möhlət hüququ əldə etdib.
“H.M” adlı adlı çağırışçı hərbi xidmətdən azad edilməsi məqsədilə rüşvət verməsinə görə yaşayış yerini tərk etməmə iltizamı qarşılığında azad edilib.
Zəncirvari cinayətkar qrupa cəlb edilən bütün şəxslərin müəyyən edilməsi, o cümlədən Ermənistan təhlükəsizlik xidmətinin sabiq əməkdaşı “A.A”nın digər cinayət əməllərinin ifşa edilməsi istiqamətində araşdırmalar davam edir.
Alpər Mövludoğlu
Ordu.az