Ermənistanda hərbçi qəza törədib - Ölən var

2018/08/c27a3be41895f9448aac137292bc80782345345_1520239559234234_1520600369_3042736486_1527830866_1532451316_1532679514_1533118576_1534320816.jpg
Oxunub: 4025     16:12     15 Avqust 2018    
Ermənistanda hərbi qulluqçu idarə etdiyi avtomobillə piyadanı vurub.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dünən saat 20:20 radələrində Çəmbərək şəhər sakini 39 yaşlı Samvel Lazaryan idarə etdiyi VAZ 2107 markalı avtomobillə piyada 54 yaşlı Vardanuş Arakelyanı vurub.

Məlumata görə, qəzanı törədən sürücü piyadanı xəstəxanaya yerləşdirdikdən sonra, Ermənistan müdafiə nazirliyinin hərbi qulluqçusu olduğuna görə Çəmbərək şəhərindəki hərbi polis şöbəsinə təslim olub.

Piyada xəstəxanada ölüb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qəza   Ölüm  


Bizi "telegram"da izləyin