Rusiyanın Colandakı hərbi polis məntəqələrinin sayı 4-ə çatıb

2018/08/Снимок_1534316219.png
Oxunub: 3578     14:58     15 Avqust 2018    
Rusiyanın Suriya-İsrail sərhədindəki Colan təpələrində formalaşdırdığı hərbi polis məntəqələrinin sayı 4 olub.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Rusiyanın Suriyadakı hərbi birliklərinin komandiri general-leytenant Sergey Kuralenko bildirib.

O qeyd edib ki, Rusiya İsrail-Suriya sərhədində hər iki dövlətlə razılaşdırılmış şəkildə Bravo xətti boyunca patrul məntəqələri formalaşdırmağa davam edir.

“Hazırda ərazidəki hərbi polis məntəqələrimizin sayı 4-dür. Son 2 gündə daha 3 məntəqənin qurulması ilə bağlı işləri yekunlaşdırmışıq. Qarşıdakı günlərdə daha 4 patrul məntəqəsi qurulacaq. Bu məntəqələr BMT-nin buradakı patrullarının və dəstək proqramlarının koordinasiya edilməsi üçün istifadə ediləcək”, - deyə o qeyd edib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Suriya   Colan  


Bizi "telegram"da izləyin