Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Suriya hökumət mənbələri bildirib.
Qeyd olunub ki, tərəflər arasında keçirilən görüşdə YPG/PKK terrorçuları Dəməşq administrasiyasından hazırda nəzarətdə saxladıqları bölgədə muxtariyyət formalaşdırmaqla bağlı tələb irəli sürüblər.
Suriya hökuməti isə buna cavab olaraq terrorçulardan qeyd-şərtsiz olaraq təslim olmaq və bu ərazilərin nəzarətini orduya təhvil verməyi tələb edib.
Suriya hökumətini təmsil edən nümayəndə heyəti əks-təqdirdə ordunun irimiqyaslı əməliyyatlara başlayacağı ilə bağlı xəbərdarlıq edib.
Dəyanət Ağalarlı
Ordu.az