102-ci hərbi bazanın PUA-ları kəşfiyyat uçuşları həyata keçiriblər

2018/08/766_1534313814.jpg
Oxunub: 2111     14:16     15 Avqust 2018    
Rusiya Federasiyasının Cənub Hərbi Dairəsinin Ermənistanda dislokasiya olunan 102-ci hərbi bazasının PUA-ları ikitərəfli bölüyün taktiki təlimləri çərçivəsində Ermənistanın “Kamxud” və “Alagöz” təlim mərkəzlərində şərti rəqibin atəş nöqtələrinin və hərbi obyektlərinin şəkil və videogörüntüləri monitorinqi tapşırıqlarını yerinə yetiriblər.

Ordu.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Federasiyasının Cənub Hərbi Dairəsinin mətbuat xidməti yayıb.

PUA heyəti ərazinin hava kəşfiyyatının aparılması, şərti rəqibin canlı qüvvəsinin, obyektlərinin və hərbi texnikasının aşkarlanması bacarıqlarını təkmilləşdiriblər. Daha sonra aşkar edilən koordinatları real vaxt ərzində hərbi bazanın komanda məntəqəsinə ötürüblər.

Cənubi Qafqazda ikitərəfli bölüyün taktiki təlimlərinə ümumi olaraq 500-dən çox hərbi qulluqçu, o cümlədən 50-dən çox PUA mütəxəssisi, həmçinin 100-dək hərbi və xüsusi texnika cəlb edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: 102-baza   PUA  


Bizi "telegram"da izləyin