Ukrayna T-72 AMT tankının sınaqlarına başlayıb

2018/08/received_2121232854568112_1534259743.jpeg
Oxunub: 3620     23:03     14 Avqust 2018    
Ukraynanın “Ukroboronprom” şirkəti yüksək dəqiqliyə sahib tank əleyhinə raketlərlə təchiz edilən T-72 AMT tanklarının test mərhələsinə başlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı şirkətin mətbuat xidməti yayıb.

Bildirilib ki, yeni tanklar T-72A-larının modernizasiya edilmiş versiyası olaraq təqdim ediləcək.

Məlumata görə, 5 kilometr məsafədəki istənilən düşmən hədəfini tam dəqiqliklə məhv etməyə qadir T-72AMT tankları hədəfin 750 mm-lik zireh örtüyünə nüfuz edə bilir.

Sınağın uğurlu keçəyi təqdirdə, tankların növbəti ildən etibarən Ukrayna ordusu üçün geniş miqyaslı istehsalına başlanılacaq.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   T-72A  


Bizi "telegram"da izləyin