Suriya XİN: Ərəb dövlətləri müxaliflərə 137 milyard dollar dəstək göstərib

2018/08/FSA2-597x336_1534253941.jpg
Oxunub: 3281     21:39     14 Avqust 2018    
Suriya Xarici İşlər Nazirliyi adı qeyd olunmayan bir neçə ərəb dövlətinin Suriyada hökumət əleyhinə silahlı mübarizə aparan müxtəlif müxalif qruplara bu günə qədər 137 milyard dollar dəstək göstərdiyini bildirib.

Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, bu barədə bəyanatı nazirliyin nümayəndəsi Feysəl Miqdəd bildirib.

O qeyd edib ki, xərclənən pulların əhəmiyyətli hissəsi müxalif qruplaşmaların silahlandırılması məqsədilə istifadə olunub.

“Beynəlxalq aləmdə kifayət qədər tanınan bir neçə ərəb dövləti Suriyada vətəndaş müharibəsinin başladığı 2011-ci ildən bu yana müxalif qüvvələrin silahlandırılması və digər ehtiyaclarının qarşılanması üçün ümumilikdə 137 milyard dollar xərcləyib. Bu, niyə hələ də Suriyada vətəndaş müharibəsinin yekunlaşmadığı sualının cavabıdır. Suriya hökuməti sadəcə qiyamçılara qarşı deyil, bir çox dövlətə qarşı mübarizə aparır”, - deyə o vurğulayıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Müxalif-Qüvvələr  


Bizi "telegram"da izləyin