Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Almaniya donanmasının mətbuat xidməti yayıb.
Bildirilib ki, bununla bağlı artıq “Saab” şirkəti ilə ilkin razılığa gəlinib. Belə ki, şirkət müqavilə imzalanacağı təqdirdə 2019-cu ilin sonuna kimi Almaniya donanmasının tərkibindəki 30-dan çox K130 korvetlərinin hər birini 2 ədəd "Skeldar" V-200 PUA-ları ilə təchiz edəcək.
Qeyd edək ki, layihənin ümumi dəyəri 24 milyon dollar dəyərində ölçülür.
Dəyanət Ağalarlı
Ordu.az