Seul Silahlı Qüvvələr Günü ilə bağlı keçiriləcək paradı ləğv edib

2018/08/Снимок_1534244163.png
Oxunub: 2472     18:52     14 Avqust 2018    
Cənubi Koreya rəhbərliyi Silahlı Qüvvələrin yaradılmasının 70-ci il dönümü münasibətilə təşkil olunacaq hərbi paradı ləğv edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Cənubi Koreya Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, bu qərar KXDR-lə münasibətlərin normallaşması fonunda qarşı tərəfə edilən bir jestdir.

Məlumata əsasən, ordu rəhbərliyi KXDR-lə keçirilən silsilə sammitlər dövründə hər hansısa bir hərbi addımın yanlış qəbul ediləcəyindən ehtiyat etdiyi üçün 1 oktyabr tarixində keçiriləcək paradı ləğv edib.

Qeyd edək ki, KXDR rəhbərliyinin də 9 sentyabrda 70 illik yubiley münasibətilə keçirməyi planlaşdırdığı paradı təxirə salması gözlənilir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   KXDR   Hərbi-Parad  


Bizi "telegram"da izləyin