Türkiyədə 7 terrorçu zərərsizləşdirilib

2018/08/thumbs_b_c_ecd513c7a2eae0359c480ef372570b15_1534236457.jpg
Oxunub: 2318     16:46     14 Avqust 2018    
Türkiyənin daxili təhlükəsizlik əməliyyatları nəticəsində daha yeddi terrorçu zərərsizləşdirilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, əməliyyatlar Türkiyənin Tuncəli və Qars vilayətlərini əhatə edib. Bu əməliyyatlar nəticəsində Tuncəlidə 5, Qarsda isə 2 terrorçu zərərsizləşdirilib.

Qars vilayətinin rəhbərliyindən edilən açıqlamada isə Kağızman bölgəsindəki Hisli mağarasına edilən hücumdan öncə buradakı terrorçuların PUA vasitəsilə izlənildiyi bildirilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Terror  


Bizi "telegram"da izləyin