Suriya yenidənqurmada Türkiyənin dəstəyinə ümid edir

2018/08/1200584_1534235357.jpg
Oxunub: 3829     17:52     14 Avqust 2018    
Suriya hökuməti özünün yenidənqurma səylərində İran körfəzi ölkələrinin və Türkiyənin dəstəyini qazanmağa çalışacaq.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu fikirləri Rusiya Beynəlxalq İşlər Şurası adlı beyin mərkəzinin Yaxın Şərq proqramının koordinatoru Ruslan Məmmədov səsləndirib.

“Rəsmi Dəməşq ölkəni yenidən canlandırmaq istəyirsə körfəz monarxları, Türkiyə və digər dövlətlərlə danışıqlar aparmalı olacaq. Çünki, onun böyük miqdarda vəsaitə ehtiyacı var. Bunu etmək isə ərəb ölkələri və Ankaranın iştirakı olmadan mümkün olmayacaq”, - deyə ekspert bildirib.

O qeyd edir ki, Dəməşq bərpa prosesi üçün bu ölkələrlə əlaqələrin daha yaxşı vəziyyətə gətirilməli olduğunu anlayacaq qədər praqmatikdir və eyni zamanda həmin ölkələr də müharibəni qazanmaqda olan Dəməşqlə əməkdaşlığa can atacaqlar.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Türkiyə   Yenidənqurma  


Bizi "telegram"da izləyin