Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Pentaqon generalı Yozef Dunford bildirib.
O qeyd edib ki, son 17 il ərzində davam edən müharibələrdə heç bir ciddi nəticənin əldə edilməməsi ABŞ-ın sadəcə pul israf etdiyini göstərir.
“ABŞ bu ana qədər Əfqanıstanda əməliyyatların maliyyələşdirilməsi və NATO tərkibində fəaliyyətlərin davam etdirilməsi üçün on milyardlarla dollar xərcləyib. Lakin ortada konkret bir nəticənin olduğunu deyə bilmərik. Bu müddət ərzində 3 fərqli prezidentin heç biri, nə Buş, nə Obama, nə də Tramp Əfqanıstan böhranının həllində kəskin addımlar atmayıb. Lakin Pentaqon Donald Trampın elan etdiyi Əfqanıstan strategiyasına böyük ümid bəsləyir. Hələlik üzərində müzakirələrin aparıldığı bu strategiyanın qəbul ediləcəyi təqdirdə ən qısa zamanda tətbiqinə başlanılacaq”, - deyə general bildirib.
Dəyanət Ağalarlı
Ordu.az