2019-cu il hərbi büdcəsi KXDR-ə təzyiqlər üçün yeni imkanlar yaradır

2018/08/w3453_1534231425.jpg
Oxunub: 2225     15:22     14 Avqust 2018    
ABŞ-ın 2019-cu maliyyə ili üzrə hərbi büdcəsində KXDR-in raket təkmilləşdirmə işlərinə nəzarət mexanizmlərinin maliyyələşdirilməsi də nəzərdə tutulub.

Ordu.az xəbər verir ki, bu barədə rəsmi məlumat ABŞ Prezident Administrasiyandan verilən bəyanatda qeyd olunub.

Bildirilib ki, növbəti il üçün nəzərdə tutulan hərbi xərclərin təyinatında KXDR-in raket təkmilləşdirmə mərkəzlərinin dağıdılmasına nəzarət məqsədilə əhəmiyyətli maliyyə də ayrılıb.

Belə ki, formalaşdırılacaq yeni nəzarət mexanizmlərin və nəzarətedici qrupların maliyyələşdirilməsi məqsədilə 42 milyon dollar vəsait ayrılacaq. Bu maliyyə dəstəyi hesabına Şimali Koreyanın raket təkmilləşdirmə və sınağı mərkəzləri xüsusi nəzarət altında saxlanılacaq.

Qeyd edək ki, bununla yanaşı ABŞ donanmasına məxsus 36 ədəd gəminin də Sakit okeanın şimal zonasında, Asiya sahilləri yaxınlığında yerləşdirilməsi də nəzərdə tutulur ki, bununla da Vaşinqton KXDR və digər təhlükə hesab etdiyi region ölkələrini nəzarətdə saxlamağı planlaşdırır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   ABŞ   Hərbi-büdcə  


Bizi "telegram"da izləyin