Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlama Ukrayna Birləşdirilmiş Qüvvələr Əməliyyatının mətbuat xidmətindən verilib.
Bildirilib ki, ötən gün seperatçı qüvvələr Donbasın müxtəlif istiqamətlərindən atəşkəs rejimini ümumilikdə 41 dəfə pozublar.
Qarşıdurmalar zamanı 2 ukraynalı hərbçi yaralanıb. Seperatçılardan isə 2 silahlı ölüb, daha 5-i isə yaralanıb.
Dəyanət Ağalarlı
Ordu.az