Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı ötən gün qatıldığı mətbuat konfransında bildirib.
Cənubi Koreya prezidenti bildirib ki, yarımadada hərbi qüvvələrdən heç vaxt siyasi məqsədlər üçün istifadə edilməyəcək.
“Mən şəxsən heç bir zaman ordudan siyasi maraqlar naminə istifadə etməmişəm. Bundan sonra da nə Cənubi Koreya nə də bütövlükdə yarımadada ordudan və hərbi sahədə istənilən gücdən siyasi maraqlar naminə istifadə edilməyəcək. Hərbi güc sdadəcə olaraq xalqın və dövlətin təhlükəsizliyinin təminatı üçün istifadə olunmalıdır. Biz bu barədə cənab Kim Çen Inla etibarlı razılıq əldə etdik”, - deyə o qeyd edib.
Dəyanət Ağalarlı
Ordu.az