"Çin Pakistanın regional sülhə olan töfhələrini qiymətləndirir" - Çin ordu generalı

2018/08/354695_5409190_updates_1534225388.jpg
Oxunub: 2198     13:42     14 Avqust 2018    
Çin ordu komandiri general Vanq Ninq Pakistan Baş Qərargah rəisi Cavid Bəcva ilə bir araya gəlib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Pakistan hərbi mənbələri yayıb.

Bildirilib ki, tərəflər regional təhlükəsizlik və ali maraqlarından söz açaraq ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Çin rəsmisi görüş zamanı ölkəsinin Pakistanın həyata keçirdiyi siyasəti dəstəklədiyini qeyd edib və bildirib ki, ölkəsi Pakistanın milli təhlükəsizliyinin təmin edilməsi üçün hər cür hərbi dəstəyi göstərməyə hazırdır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Pakistan  


Bizi "telegram"da izləyin