Tramp Pentaqonun 717 milyard dollarlıq büdcəsini təsdiqləyib

2018/08/thumbs_b_c_fe9fdd502e80cd4bd96a197f694be7d3_1534223836.jpg
Oxunub: 4168     13:14     14 Avqust 2018    
ABŞ prezidenti Donald Tramp Pentaqonun 717 milyard dollarlıq 2019-cu maliyyə ili büdcəsi ilə əlaqədar qanun layihəsini təsdiqləyib.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, imzalama mərasimi Nyu Yorkda yerləşən “Fort Drum” hərbi bazasında baş tutub.

Mərasimdə çıxış edən Tramp sözügedən qanun layihəsinin son 20 ildə Konqres tərəfindən ən qısa müddətdə qəbul edilən büdcə olduğunu və bundan məmnunluğunu dilə gətirib.

ABŞ ordusunun əvvəlkindən daha güclü olması istiqamətində addımlar atıldığını vurğulayan Tramp yeni büdcədə nüvə silahları üçün ciddi investisiyanın nəzərdə tutulduğunu əlavə edib.

Onun sözlərinə görə, yeni büdcə ilə Avropadakı ABŞ əsgərlərinin mövcudluğu da artırılacaq, kosmos sahəsindəki hərbi rəqabətdə ABŞ Çin və Rusiya kimi rəqiblərin qısa müddətdə geridə qoyacaq.

Qeyd edək ki, Trampın imzaladığı ABŞ Milli Müdafiə Səlahiyyətləndirmə Qanunun 639 milyard dolları Pentaqonun baza büdcəsi və Enerji Nazirliyinin müdafiə proqramları üçün nəzərdə tutulub. Büdcənin 68 milyard dolları isə Xarici Mümkün Əməliyyatların maliyyələşdirilməsinə ayrılacaq.

Xatırladaq ki, Pentaqonun 2019-cu maliyyə ili üçün nəzərdə tutulmuş büdcəsində Türkiyəyə F-35-lərin satışında məhdudiyyətlər edilməsi göstərilib. Belə ki, qanunda Pentaqondan ən gec 90 gün içində Türkiyə-ABŞ əlaqələrinə dair hesabat hazırlanması tələb edilir. Həmin hesabat ABŞ Konqresinə təqdim edilənədək F-35 təyyarələrinin Türkiyəyə çatdırılması müvəqqəti olaraq dayandırılacaq.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Pentaqon   F-35  


Bizi "telegram"da izləyin