Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Latakiyadan olan hərbi mənbə bildirib.
Mənbənin sözlərinə görə, Suriya Ərəb Ordusu Respublika Qvardiyası və dördüncü diviziyası Dəməşq və Deradan Həmaya qoşun göndərib.
Eyni zamanda ordunun 3-cü, 10-cu və 15-ci diviziyası artıq bölgədə yerləşdirilib. Hərbi qüvvələrin gücləndirilməsi və çoxaldılması isə yeni hərbi əməliyyata hazırlığın tərkib hissəsidir.
Ağalar Ağalarlı
Ordu.az