“Paveway” raketlərinin tarixçəsi: 7 müqavilə, 4,1 milyard dollar gəlir

2018/08/39047737_223655844974967_2544400658363056128_n_1534166145.jpg
Oxunub: 3872     02:51     14 Avqust 2018    
“Paveway” raketlərinin istehsalçısı “Raytheon” korporasiyası bu ana qədər raketlərlə bağlı 20-dən çox müqavilə imzalayıb.

Ordu.az xarici KİV-lərə vistinadən xəbər verir ki, bu barədə rəsmi məlumat şirkətin silahla bağlı yayımladığı hesabatda qeyd olunub.

Bildirilib ki, bu ana qədər raketin istehsalına başlanılandan bu ana qədər 2011-2018-ci illər ərzində şirkət raketlərin satışı ilə bağlı 7 fərqli müqavilə imzalayıb.

Məlumata əsasən bu müqavilələr içərisində ən çox dəyərə sahib olanı 11 may 2016-cı ildə Səudiyyə Ərəbistanı ilə imzalanan müqavilədir. Belə ki, tərəflər arasında əldə edilən razılıq nəticəsində şirkət “Lockheed Martinlə” əməkdaşlıq edərək Səudiyyə Ərəbistanı ordusu üçün ümumi dəyəri 1,29 milyard dollar olan 1000 ədəd raket təhvil verməyi öz üzərinə götürüb.

Ümumi olaraq isə 6 fərqli ölkə ilə imzalanan 7 müqaviləyə (ABŞ-la 2 dəfə) əsasən şirkət bu ana qədər ümumi dəyəri 4,1 milyard dollar olan 4200-ə qədər “Paveway” raketinin istehsalını həyata keçirib, yaxud da davam edir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paveway   Raytheon  


Bizi "telegram"da izləyin