Almaniya RBS15 gəmi əleyhinə raket sifariş verib

2018/08/39062244_277529886360425_7980820431705735168_n_1534166031.jpg
Oxunub: 2118     02:28     14 Avqust 2018    
Almaniya özünün yeni K130 sinif gəmilərinin təchizatı üçün RBS15 raketləri alacaq.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlama Almaniya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, ordu rəhbərliyi Almaniya donanmasının tərkibindəki yeni K130 tipli döyüş gəmilərinin raketlə təchiz edilməsi məqsədilə yerli “Diehl” şirkəti ilə razılığa gəlib.

Tərəflər arasında imzalanan müqaviləyə əsasən şirkət 2019-2024-cü illərlə ərzində donanmanın xidmətindəki 8 ədəd yeni döyüş gəmisini RBS15 gəmi əleyhinə raketlərlə təchiz edəcək.

Qeyd edək ki, layihənin ümumi dəyərinin 273 milyon dollar olduğu bildirilib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   RBS15   K130  


Bizi "telegram"da izləyin