ABŞ YPG-ni silahlandırmağa davam edir

2018/08/Снимок_1534165585.png
Oxunub: 2197     21:05     13 Avqust 2018    
ABŞ Suriya YPG/PKK terror qruplaşmasına əlavə silah-sursat göndərib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı yerli mənbələr yayıb.

Bildirilib ki, bu gün ABŞ-a məxsus çox sayda silah-sursatdan və hərbi texnikadan ibarət hərbi yardım karvanı Deyr Əz Zorun Əl-Hüseyniyəh şəhərinə göndərilib.

Məlumata əsasən, YPG/PKK terror qruplaşması üçün göndərilən hərbi dəstək karvanı 150 ədəd yük maşınından ibarət olub.

Göndərilən silahlara nələrin daxil olduğu barədə məlumat verilməyib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   YPG/PKK   Terror  


Bizi "telegram"da izləyin