Ordu.az xəbər verir ki, siyahıya yenə də 47,9 milyard dollarlıq dövriyyə ilə ABŞ-ın “Lockheed Martin” şirkəti başçılıq edib.
Siyahının ilk onluğunu “Raytheon” (ABŞ), “BAE Systems” (Britaniya), “Northrop Grumman” (ABŞ), “Boeing” (ABŞ), “General Dynamics” (ABŞ), “Airbus” (Niderland/Fransa), “Almaz Antey” (Rusiya), “Thales” (Fransa), “Leonardo” (İtaliya) firmaları təşkil edir.
Onların dövriyyələri uyğun olaraq 23,573 milyard, 22,380 milyard, 21,700 milyard, 20,561 milyard, 19,587 milyard, 11,185 milyard, 9,125 milyard, 8,926 milyard və 8,856 milyard dollar olub.
Siyahıda yer alan ən böyük 100 şirkətin 2017-ci il ərzindəki ümumi dövriyyəsi 375,46 milyard dollar dəyərində olub. Bu isə 2016-cı illə müqayisədə 2,9% artım deməkdir.
Müdafiə sənayesi sahəsində ən böyük daxili bazar ABŞ-a məxsusdur. Bu bazarın 21%-i “Lockheed Martin”, 11%-i “Raytheon”, 10%-i “BAE Systems”, 9%-i “Northrop Grumman”, 9%-i “Boeing” 40%-i isə digər ABŞ kompaniyalarına aiddir.
Dünya üzrə beynəlxalq bazarda isə bölgü aşağıdakı kimidir: ABŞ (59%), Avropa (25%), Rusiya (7%), Asiya və Avstraliya (6%), Yaxın Şərq (2%), Cənubi Amerika (0,3%), Kanada (0,2%) və Afrika (0,2%).
Ağalar Ağalarlı
Ordu.az