Putin Merkellə Suriya və Ukraynanı müzakirə edəcək

2018/08/Снимок_1534162324.png
Oxunub: 3561     20:10     13 Avqust 2018    
Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Angela Merkellə bir araya gələcək.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Almaniya Nazirlər kabinetinin mətbuat katibi Steffen Şeybert bildirib.

O qeyd edib ki, tərəflər arasında planlaşdırılan görüş Merkelin Mezeberq şəhərində yerləşən iqamətgahında 18 avqust tarixində baş tutacaq.

“Tərəflər iki ölkə arasındakı əməkdaşlıqların hazırkı vəziyyətini və gələcək perspektivləri müzakirə edəcək, Suriya konfliktinə və Ukraynanın şərqində hazırda mövcud olan situassiyaya toxunacaqlar”, - deyə Şeybertin açıqlamasında qeyd olunub.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Almaniya  


Bizi "telegram"da izləyin