Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Harun Çakansuri bildirib.
Onun sözlərinə görə, görüşdə Qəzni vilayətinin rəhbəri, hərbi rəsmilər, Milli Təhlükəsizlik və Polis İdarəsinin başçısı iştirak edib.
Əşrəf Qani artıq dördüncü gündür davam edən döyüşlərin başa çatdırılması və Qəzninin qiyamçılardan tam təmizlənməsi məqsədilə bölgəyə əlavə qoşun yeridilməsinə göstəriş verib.
Buna paralel olaraq şəhərdə vəziyyətin daha da qəlizləşdiyi bildirilir. Yüzlərlə ailə Kabildən 140 kilometr məsafədə yerləşən şəhəri tərk etmək məcburiyyətində qalıb.
Ağalar Ağalarlı
Ordu.az