Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, kompaniya “Defense News”un hazırladığı “Top 100” siyahısında 55-ci yerə yüksəlib.
Bu siyahıya ilk dəfə 2006-cı ildə daxil eduilən ASELSAN ötən il 57-ci sırada göstərilmişdi. O, bu il 1,5 milyard dollarlıq dövriyyəsi ilə iki pillədə yüksələrək, 55-ci yerə yerləşib.
Qeyd edək ki, “Defense News” nəşri tərəfindən hər il öncəki ilin müdafiə satışları əsasında hazırlanan “Defense News Top 100” dünyanın ən prestijli müdafiə sənayesi siyahısı kimi qəbul edilir.
Ağalar Ağalarlı
Ordu.az