Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hərbçilər Əfqanıstan ordusunun şəhərdəki hərbi əməliyyatlarına köməklik göstərəcəklər.
Eyni zamanda ABŞ-ın rəhbərlik etdiyi NATO missiyası bölgədə qiyamçıların mövqelərinə aviazərbələr endirib.
Qeyd edək ki, paytaxt Kabildən 120 kilometr məsafədə yerləşən Qəzni ötən həftənin cümə günü qiyamçıların böyük hücumuna məruz qalıb. “Taliban” şəhərin böyük hissəsinin ələ keçirildiyini iddia etsə də, Əfqanıstan hökuməti vəziyyətin nəzarət altında olduğunu bildirir.
Ağalar Ağalarlı
Ordu.az