Rusiyanın Sakit Okean filotiliyası Arktikada təlimlər keçirib

2018/08/f1ede455cb22b0d4498cf2b7d5e71449_1534146511.jpg
Oxunub: 3284     15:47     13 Avqust 2018    
Rusiyanın Sakit Okean filotiliyasının dəniz aviasiya qüvvələrinə məxsus MiQ-31 qırıcıları Arktika regionunda təlimlər həyata keçirir.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə filotiliyanın mətbuat katibi Nikolay Voskresenski bildirib.

“Kamçatka regionunda həyata keçirilən taktiki uçuş təlimləri zamanı Sakit Okean filotiliyası dəniz aviasiyasının pilotları Arktika regionu boyunca 4000 kilometrlik məsafədə manevrlər ediblər.

Uçuşlar 5 saat ərzində fasiləsiz olaraq həyata keçirilib. Kamçatkanın Yelizovo bazasından qalxan təyyarələr isə 1600 kilometr uçaraq Anadr şəhəri üzərində MiQ-31-ləri yanacaqla təmin edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Sakit-Okean   MiQ-31  


Bizi "telegram"da izləyin