Mettis: "KQ-nin yaradılması qərarından məmnunam"

2018/08/image_1534144440.jpg
Oxunub: 3232     15:15     13 Avqust 2018    
ABŞ Müdafiə naziri Ceyms Mettis Kosmik Qüvvələrin formalaşdırılması ilə bağlı qərarın əhəmiyyətli olduğunu vurğulayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, bu barədə ötən gün təşkil edilən mətbuat konfransında çıxış edərkən bildirib.

Mettis qeyd edib ki, Kosmik Qüvvələrin formalaşdırılması ilə bağlı ABŞ Prezident Administrasiyası ilə Pentaqon arasında əldə edilən yekun razılıqdan məmnundur.

“Mən Kosmik Qüvvələrin yaradılması layihəsinin əleyhinə olmamışam. Hətta bu fikirdən və əldə edilən bu razılıqdan olduqca məmnunam. Lakin yenə də qeyd edirəm bu addım çox risqli qərardır. Ona görə ki, həm maddi, həm də fiziki olaraq bizi çox ciddi çətinliklər gözləyir. Lakin Pentaqon məhz bu çətinlikləri həll etmək üçün mövcuddur”, - deyə Mettis bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Kosmik-Qüvvələr  


Bizi "telegram"da izləyin