Kim və Mun bu il ərzində üçüncü dəfə görüşəcəklər

2018/08/180427101835-north-korean-leader-kim-jong-un-and-south-korean-president-moon-jae-in-exlarge-169_1534144090.jpg
Oxunub: 3096     15:07     13 Avqust 2018    
KXDR və Cənubi Koreya liderləri Kim Çen In və Mun Çje İn gələn ay Pxenyan sammitində bir araya gələcəklər.

Ordu.az CNN-ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Birləşmə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu barədə qərar bu gün səhər saatlarında hər iki ölkənin yüksək səlahiyyətli rəsmilərinin görüşündə qəbul edilib.

Qeyd edək ki, liderlər bu il ilk dəfə aprel ayında görüşərək tarixi Panmuncom Bəyannaməsini imzalayıblar. Bəyannamədə iki ölkə arasında əlaqələrin yaxınlaşdırılması və Koreya Müharibəsinin rəsmi olaraq sona çatdırılması istiqamətindən işlər görülməsi nəzərdə tutulub.

Kim Çen In və Mun Çje İn arasında ikinci görüş isə may ayında iki ölkə arasındakı hərbsizləşdirilmiş zonada baş tutub.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Şimali-Koreya   Panmuncom  


Bizi "telegram"da izləyin