İsrail "Hizbullah"a qarşı əməliyyatlara hazırlaşır

2018/08/erm_0194-640x400_1534143613.jpg
Oxunub: 2756     14:59     13 Avqust 2018    
İsrail ordusu “Hizbullah”a qarşı əməliyyatlar məqsədilə hazırlıqlar keçirir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı İsrail Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, ordu bir sıra silahların aktiv döyüş tapşırıqlarına nə dərəcədə hazır olmasını yoxlayır, həmçinin yeni döyüş taktikaları ilə bağlı təlimlər keçirir.

Məlumata əsasən, sözügedən silahlara çox sayda tank və digər zirehli döyüş texnikaları, həmçinin lazer silahlar və dəqiq artilleriya vasitələri daxildir.

Qeyd edək ki, ordu bu həftə ərzində “Hizbullah” qruplaşmasına qarşı geniş miqyaslı əməliyyatlara start verməyi planlaşdırır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Hizbullah  


Bizi "telegram"da izləyin